Qoca çinar, bu səs məni bezdirdi, əzdi,Otağımı, yatağımı haraya dartım,Babaların ruhu mənə «sağ ol» deməzdi,Yoxsa səni düşmən kimi baltalayardım.

Səhər-səhər göy budaqlar bomboz bozarar,Göy yarpaqlar boğularlar boz civiltidən.Yuxuma boz daş atılar, gözüm qızarar,Kişləyərəm, daşlayaram sərçələri mən.

Perikərlər, iri, bomboz arılar kimiTopalanıb göy çinarı tutarlar yenə.Səhər-axşam civ-civləri didər beynimi,Səslər dönər ağacdələn dimdiklərinə.

Qoca çinar, boz sərçələr nə çoxdu belə,Sarıköynək, haçaquyruq, sığırçın hanı?Yüz illərlə yüz nəğməli birini dinlə,Bir an eşit bir nəğməli yüz oxuyanı!

Qoca çinar, bezmədinmi bu eyni səsdən,Eh, səninçün qırğı da bir, qumru dabirdir.İndi görən hansı evdə,hansı qəfəsdəYazıq bülbül bağ istəyir, budaq istəyir.

Gözəl quşlar qovulublar sözdən, şerdən,Gözəl quşlar köçüb getdi qapı-bacadan.Qoca çinar, bezmədinmi boz nəğmələrdən,Qoca çinar, sərçələrin susacaq haçan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets