Əgər ad sırası gəzsək həyatda,Əgər yer davası düşsə şerdə,Alqışlar altında Nizami ataKeçib oturacaq birinci yerdə.

Birinci bir olur,Xoşbəxtmi deyək?!Ondan irəlidə yer yoxsa,nə pis...Birinci ildırım, birinci şimşək,Birinci yüksəyə kəsilər həris.

Qorxun, birincilər, əliyalından!Əliyalınların dili yaraqdır.İkinci «hay verib», qaçsa dalından,Birinci birinci yıxılacaqdır.

Haxlar birincini ikinci addım,İkinci dağ olar,ikinci dərə.Saxlar birincini ikinci addımBəzən qalxan üçün ikincilərə.

Özü doğulmamış yeri doğulan, –Ayağı torpağa, əli dəmirədəyməyən,dibçəkdə bir şitil oğlanBəzən mismarlanar birinci yerə.

Zaman çəkicinin möhürü yoxsa,Zaman kəlbətini dişini zağlar.Zaman gözlüyünü gözünə taxsa,Yerlər də yerində oturacaqlar.

Mənə pay yetişməz bu paylaşmada,Vaxt hanı yer ovu dalınca düşüm.Dərə adlamada,zirvə aşmadaƏsgər yürüşüdür mənim yürüşüm.

Vətən sevgisində birinci adaBirinci çatmağa pay yetər mənə.Burda birincilik:Vətən yolundaBirinci ölməyi öyrədər mənə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets