Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,
Dağıtdın xavəri-islamdən küffar kabusun.
Məsaciddən dilərdi rus asa öz nəhs naqusun,
Gəbərdib, torpağə sərdin həyasız niyyətin rusun.
Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Şərhlər

Random poem

More by this author

Poems by other poets