Bu da yahu, keçər
Qonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,Leyk müsürman gedə cindar olaDinmə, danışma, bu da yahu, keçər.
Rus mine ominibosu, seyr edə,Nems minə deıjabili teyr edə,Molla Cəfər həmzadı təxsir edə,Dinmə, danışma, bu da yahu, keçər.
Xivə xanı saxlaya altmış bala,Sim bədən, zəhrəcəbin, göz ala,Məsti-meyü şəhvət olub dal qala,Dinmə, danışma, bu da yahu, keçər.
Əbdüləhəd xan sata milləti,Badə verə namus ilə qeyrəti,Puç eyləyə Rusiyyədə sərvəti,Dinmə, danışma, bu da yahu, keçər.
Kərpic atan millətə salar ola,Qatır satan ləşkərə sərdar ola,Sırf avam şəxs süpəhdar olaDinmə, damşma, bu da yahu, keçər.
Layihə təqdim edə İngiltərə,Hökm verə zabitə, həm əsgərə,Daxil edə Ləngə ilə Bəndərə,Dinmə, danışma, bu da yahu, keçər.
Hacı Məmiş ayda bir arvad ala,Keyf eyleyə, işrət edə, dad ala,Xansənəmi boşlaya, Pərzad ala,Dinmə, danışma, bu da yahu, keçər.
Beylərimiz qasdinara keyf edə,Destə ilə fahişəni zeyf edə,Verməyə pul millət üçün heyf edə,Dinmə, danışma, bu da yahu, keçər.
İntelligentlər gezələr naz ilən,Gülşənara dilbəri-tənnaz ilən,Evdə qala Gülpəri Çimnaz ilən,Dinmə, danışma, bu da yahu, keçər.
Kitabxana.az · https://kitabxana.az/en/works/salman-mumtaz-bu-da-yahu-kecer
Use ← → keys to move, R for a random poem
More by this author
Sədaq oxu kimi kəci-təb’lər tutmuş nəzər gahi,Olar kim, doğrudur, əgri qılınc tək yanda qalmışdır.
Molla Pənah VaqifÇün muradı-xatirimdir lə’li-ləbdən sudi-eşq,Eyləram hərdəm qara bağrımı xunaludi-eşq,
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Poems by other poets
Təsəlli tapıram xatirələrdəXatirə sözündən üşənirəm həm.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
هر وقت که دیدی غَضَبت رو آورداز یک تا صد شماره کن ای سرهمرد