Təsəlli tapıram xatirələrdəXatirə sözündən üşənirəm həm.Xatirə şərikdir kədərə, dərdəHəm də gözümüzdə işıldayan nəm.

Çoxdan yarpaqları tökülüb gedibÇoxdan gün-günorta lüt-üryan ağac.Beli xəcalətdən bükülüb gedibNə ağac?! əslində bir insan ağac

Bəlkə heç olmayıb onun yarpağıBəlkə ilahidən beli göyərib?Bəlkə heç olmayıb onun növrağıTacında nə qönçə, nə gül cücərib.

Quru budağında görür ki, birdənÜç-dörd qırış-bürüş tənbəki yarpaq

deyir:– Yox, yarpaqsız olmamışam mənməndən xatirədir məndəki yarpaq.

Xatirə yarpağı gəzirəm mən də,Ömrün bu qupquru budaqlarında.Xatirə yarpağı gəzirəm mən dəÖmrün bu sapsarı varaqlarında

Üç-dörd sarı yarpaq dəyir gözüməQuru budağımda yaşıldı onlarYaxşı ki... deyirəm özüm-özüməÖmrümə xatirə yazıldı onlar.

14 fevral 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets