Biganələr iqlimində
Mən arabir:qayğılarınqayğısından bişirəm.Qaçıb qəsdən:biganələr iqliminə düşürəm.O iqlimin kölgəsi bir,Günü bir.Orda hava bürosunalaqeydlik deyilir.Görürsən ki, cığıldadıbir top hava dalğası,Xəbər verir başsız hava darğası:«Laqeydlik bürosunun təbirincəGözəl-gözəl söz yağacaq bu gecə,Gözəl-gözəl vəd yağacaq bu gecə.Qurban kəsin,Filankəsinfikri aydın olacaq:«Danışarıq», «baxarıq»,«Görək», «bəlkə» və «ancaq»...O iqlimdə fəsillərinGəlişləri bilinməz,Gedişləri bilinməz.O iqlimdə fərqi yox,Necə geyin, necə gəz –İstəyirsən son dəbinparçası bil dumanı,İstəyirsən başa geyin tumanı.
O iqlimdə fərqi yox:Bir qadının kürəyindəYa samovar sızıldasın,Ya da körpə mızıldasın.Biganələr iqlimindəGöy üzü damar-damar,Göydən yerə buz damar.Gözlər olar buz səhrası,buz çölü,Yeriyənlər buz ölü.Bu gözlərin içindəyorular xizəyim.Soyuyar ürəyim.Bir lənət deməkçin bunların –Bu tozlu,bu duzlu,bu buzlu yollarınhamısına, cəmisinə,Əl eləyib, qaçıramAtom Buzqıran gəmisinə...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-biganeler-iqliminde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Lalələrin bağrı yandı...Yol üstündə gəlin söyüd boylandı,Hörükləri qızıl zərə boyandı.