Yol üstündə gəlin söyüd boylandı,Hörükləri qızıl zərə boyandı.Sənsiz həsrət duyğularım oyandı,Lalələrin bağrı yandı təzədən.

Kəlmə-kəlmə ürəyimi mən açdım,Nə yanıldım, nə tutuldum, nə çaşdım.Sevgimizin nağılını danışdım,Qoca dağlar lal dayandı təzədən.

Xəyalımdı danışan da, dinən də,Sevgimizdi xatirəyə dönən də.Ürəyimi havalanan görəndəSal buzlar da sanki dondu təzədən.

Səma doldu, şimşək çaxdı, nə çaxdı,Bulud-bulud gözlərimdən yaş axdı.Körpə quşlar görünməyir nə vaxtdı,Hara uçdu, hara qondu təzədən?

Ömrüm-günüm, gözüm üstə yerindi,Ömrüm-günüm, yerin necə göründü.Ömrüm-günüm, nələr çəkdim gör indi,Qarsdı məni həsrət odu təzədən.

Unutmaram ilk andımı, əhdimi,Tufanlara sinə gərdim dağ kimi.Ürəyimin dilə gəldi hər simi,Yada saldım o ilk andı təzədən.

Dağlar mənə arxa oldu yenə də,Dağ vüqarı dağda qaldı yenə də.Ürəyimə işıq doldu yenə də,Sandım həsrət buzu sındı təzədən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring