Bu inam qəlbimdə işıq yandırır
Bir ana gözləyir yolumu mənim,Həsrətə dönmüşəm bir ana üçün.İndi yaddaşımda qalan dünənimÜsyana, haraya dönüb mənimçün.
Bir ata yolumda soraqçı olub,Adıma gül əkib, gedəndə dərim.Evimiz qonaqla boşalıb, dolub,Mənimsə hələ də boş qalıb yerim.
Beş bacı dünyası üşüyür orda,Məni də üşüdür bu nisgil, bu qəm.Beş bacı gözləri qalıb yollarda,Nə vaxtdır onların həsrətindəyəm...
Bir qardaş qəlbinin bir əhdi qalıb,Nə ola adıma qura bir məclis.Fəqət, bəxtimizin sərhədi qalıb,Dözürük taleyin bu əmrinə biz.
Bir körpə gözündə sual olmuşam,Gərək o gözləri yoldan yığam mən.Dodağı nəğməli, sözlü bir quşam,Hələ ölməmişəm, sağam, sağam mən.
Bir nağıllı dünyam mənə əl edər,Bir laylay səsindən havalanaram.Göydə qatar-qatar durnalar gedər,Yerdə bu həsrətdən yanar, yanaram...
Bir fədai ömrüm düşər yadıma,Bu ömür yarıda qalmasın gərək.O bahar illərim düşər yadıma,Bahar arzularım solmasın gərək.
Gərək işıq olum, dumanda, çəndə,Bu mənim borcumdur vətənə, elə.Dağ da qaldıraram yeri gələndə,Qələmə sarılan bu əllərimlə.
Bir Təbriz sevincim, qəmim var mənim,Bir görüş yerinə gün doğar bir yaz.El-obamdan özgə kimim var mənim,Elimi, obamı görməsəm olmaz.
Hazıram sınaqdan çıxam bir də mən,Bir daşlı səngərdə hələ yerim var.Düşməni ağladan, dostu güldürənİnadlı, qanadlı nəğmələrim var...
Bir ana gözləyir yolumu mənim,Bu inam könlümdə işıq yandırır.Mənim döyüşlərdə keçən dünənim,Yenə yollarımı işıqlandırır,Yenə yollarımı işıqlandırır.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-bu-inam-qelbimde-isiq-yandirir
Use ← → keys to move, R for a random poem
More by this author
Bircə içimlik su, bir ovuc torpaq,Bir çinar kölgəsi bəs edər mənə.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
Ailə kiçik bir dünyaya oxşarHəyatı əyləncə sanma sən nahaq,Bu gün yuva qurdun, sabah dağıtma.
Bir tara bənzəyirəmHər simi min nəğməli,Bir tara bənzəyirəm.
Poems by other poets
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,