Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.Bir dindəyiz biz, həpimiz hakpərəstan;Mümkünmü ayırsın bizi İncil ilə Quran?Çingizləri titrətdi şu afaqı sərasər,Teymurları hökm etdi şahənşahlara yeksər.Fatehlərinə keçdi bütün kişvəri-kaysər...

Hərçənd düçari-möhnəti-əhli cəfayız,Hərçənd bu əyyamda pabəndi-bəlayız.Ey xar görən bizləri, bizlər nücəbayız,Meydani-həmiyyətdə ələmdari vəfayız.Turanlılarız, sahibi-şanü şərəfiz bızƏslafımızın naibi xeyrül-xələfiz biz!

Ey zülmü cəhalət, həzər et göz yaşımızdan,Dur olmalısın torpağımızdan, daşımızdan,Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,Hürriyyət üçün vaz keçəriz can, başımızdan.Turanlılarız, sahibi-şanü şərəfiz biz,Əslafımızın naibi xeyrül-xələfiz biz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets