Yurd qayğusu
Ucundadır dilimin,
Həqiqətin əzəmi;
Nə qoydular söyləyim,
Nə kəsdilər dilimi!..
Bilirmisin cühəla
Nə etdilər Vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Böylə durmaq uyuşuq,
Rəvamı bir diriyə?!
Nə getmədə iləri,
Nə dönmədə geriyə!..
Ədu qırır kapuyu,
Biz evdə bixəbəriz;
Nə başqa başqalarız,
Nə ittihad edəriz!..
Ayıltmadı qələmim
Şu türk ilə əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseynzade-yurd-qaygusu
Use ← → keys to move, R for a random poem
More by this author
Yürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
Ona inanQurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,