Sevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.Görcəyin valeh olmuşam,Ağzmdakı şirin dilə.

İncidən aridi dişi,Yolunda qoymuşam başı,Ağlamaqdan gözüm yaşı,Döndü çaya, döndü selə.

Aşığı candan eyləyən,İşini əfqan eyləyən,Məni canandan eyləyən,Sürüləsən eldən-elə.

Yaşır, gül camalm yaşır,Rəqibin gözü qamaşır,Zəmişan şəddə yaraşır,Sənin təki incə belə.

Bir deyən yoxdu canana,Rəhm elə bu natəvana,Mən Mücriməm, gəldim cana,Bir kəs yoxdu qədrim bilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love