Ey mənimlə həmdəm olan bivəfa,Dərd əlindən ahu-zarım var mənim.Təbibimsən, eləməzsən davasın,Nə sağalmaz yaralarım var mənim.

Əfqanımdan həzər elə, vəhm elə,Belə olmaz aşinalıq, rəhm elə.Siyah zülfün həsrərtindən fəhm elə,Qara günlü ruzigarım var mənim.

Kəriməm, hüsnünə olmuşam mayil,Qəm dustağı gərdənimdə həmayil,Başımızda bu sevdadan nə hasil,Bihudə-bihudə yarım var mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love