Biydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.

Şəhla gözün havası fikrimdədi həmişə,Çəkib hilalı əbru müjgan oxum kəmanə.

Mən istərəm xudadan hər vaxt gahi-gahi,Kirpiklərin xədəngi qılsın məni nişanə.

Sevdayi-zülfü qıldı sərkəştə ən dü aləm,Aldı tamam səbrim dəxl eylədi imanə.

Yarəb, bir gün olaydı bir də görəm camalm,Şükranələr edəydim məbudi-laməkanə.

Ayrılmışam həbibdən, çatmaz əlim, nə çarə?Məhbus qılmışam mən, dərdim gəlməz bəyanə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vəsl içrə ey Kərima, səbr eyləməzdin axir,Bəs imdi ayrı düşdün, qan ağla bitəmənna.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love