Ona
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Munda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,Göstərim dağü-dilim, söyləyim azarım ona,Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Qiblədən qaşları yay kilsəyə döndərdi məni,Ay kimi əhli-şəhər bir-birə göstərdi məni,Yay kimi əydi bu bidərdlilərin dərdi məni,Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Pəri tələtli sənəm çox, vəli adəmliyi yox.Başadək bir kəs ilən həmrəhü-həmdəmliyi yox,Eyləsə mehrü-vəfa, zərrəcə möhkəmliyi yox.Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Haçanadək qəmi-hicrana düşüb, qəmdə ölüm,Ruzi-vəslinə onun yetməsəm ol dəmdə ölüm,Dəymə Mücrim Kərəmə, qoy məni ölsəm də ölüm,Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Kitabxana.az · https://kitabxana.az/en/works/mucrum-kerim-ona