Mən
Rəhm et mənə gülüzlü yar,Qəribi-binəvayam mən.İstərəm hüsnün zəkatm,Müstəhəqqəm, gədayəm mən.
Cövründən gəldim amana,Gözüm yaşı döndü qana,Səninlə oldum bigana,Qəminlə aşinayam mən.
Başımdı yolunda fəda,Sənə insaf versin xuda,Çünki düşdüm səndən cida,Dəli, həm divanayam mən.
Qurbanam ol şirin dilə,Rəhm elə mən tək bülbülə,Çünki düşdüm dildən-dilə,Qəribə əfsanayam mən.
Kərim, Kərimə gəl dada,Tez yetir könlümü şada,Beş gün bu fani dünyada,Misali-mehmanayam mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/mucrum-kerim-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rəsul Həmzətova*Başı qırxılmayıb dağlı başı tək,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar