Ey ağalar, könlüm çapdı əylənməz,Sultanım, sərdarım, ağam gəlmədi.Dərdi-qəm tapdağı olmuşam həmin,Göz qaldı yollarda, sonam gəlmədi.

Qülbeyi-hicranda qalmışam həmin,O şahibazımın çəkərəm qəmin,Bu dərdlə ölməyim olubdu yəqin,Üstümə gözləri alam3 gəlmədi.

Həmişə ahü-zar olub əzbərim,Bilirmi halımı şahi-sərvərim,Yazıq bu halına, a Mücrim Kərim,Can çıxınca dedim, halım gəlmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise