Ey gözəllər şahı, şuxi-nazənin,Yetişibdi hökmün külli-cahana.Bilirsən nə qədər yaxşı yaraşır,Zərəfşan kəmərin incə miyana.

Gəlməyib dünyaya sən kimi dilbər,Gülrəngi ləblərin yaquta bənzər,Dolanım başına ey pəripeykər,Zülfünə hər səhər eyləmə şana.

Pərişan tellərin aldı qərarım,Mayiləm hüsnünə sevgili yarım.Çeşmi-siyahimsən, laləüz yarım,Mən heyran olayım sən kimi cana.

Şahbazi-aləmsən, mən səni billəm,Düşübən torpağa yolunda ölləm,Danəyi-xalmın qurbanı ollam,Qəbul elə, sən ey şahi-zamana.

Camalm artıqdı şəmsü-qəmərdən,Yolunda keçmişəm can ilə sərdən,Biçarə Kərimi salma nəzərdən,Əgərçi kafirəm gəldim imana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love