Gedirəm
Seyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.Yeddi ildir yarın həsrətindəyəm,Alışıban yana-yana gedirəm.
Mən yarın yolunda çox çəkdim cəfa,Getməsəm, olaram, şəksiz, bivəfa.Ollam qabağında Bağdad xəlifə,Mən dərdliyəm, yar, dərmana gedirəm.
Aşıq Camal yola tikmiş gözünü,Bəndə poza bilməz xuda yazanı.İsfahanda Nadir şahın qızınıPuta içib Zərnişana gedirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-camal-gedirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
AğlaramSultanlar əyləşdi nərgiz taxtında,Aralığa Şəmşir endi, ağlaram!
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Yağma, yağışHacıbaba Həsənov bəstələmişdir*Göylər çənə büründükcə