Bəxti-nafərcam tək acılmadı qarə sabah
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
Məni rüsva elədi bəxti-siyahim gecələr,Ki, necün gəlmədi bir dəm eləyə carə sabah.
Usanıb zülm binasından, edib şərmu həya,Eyləmə sineyi-əfkarımı sədparə, sabah!
Yataram hicr dəmində, elərəm ahu fəğan,Nəlur izhar edəsən halımı ol yarə, sabah!
Nə uzun oldu fəraqın gecələr, gəlmədi subh,Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah.
Mənə ol qədr təğaful elədi munca zaman,Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;Həmdəm ol bir necə dəm mən kimi qəmxarə, sabah.
Kitabxana.az · https://kitabxana.az/en/works/mucrum-kerim-bexti-nafercam-tek-acilmadi-qare-sabah
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?