Qalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.

Onki il diz qatlayıb yorğana sadiq qalmışıq,İndi dizlər duzlanıb yorğanımızdan bezmişik.

Ta ki, ekranlarda lüt-üryanlara öyrəşmişik,Biz hicab ilə gəzən cananımızdan bezmişik.

At bizi zindanə ki, zindan "payok"suz olmayır,Bir "payok" tək paylanan şirvanımızdan bezmşpik.

İqtidarın ömrünü sistem yoluynan artıra,Qan çıxardıb, qan vuran üsyanımızdan bezmişik.

Biz qəmin sultanı ikən qəm olub sultan bizə,Qəddimizdən şam tutan sultanımızdan bezmişik.

Sorma, Pünhan, neyçün hərdən pul üçün alçalmışıq,Ehtiyac üstün gəlib vicdanımızdan bezmişik.

31 may, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təbriklər

Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.

1 min
Univermaqda qatar

Bir nəfər Mərkəzi Univermaqda camaatın get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:– Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?

1 min
Yanıq Kərəmi

Bir azərbaycanlının evinə Uraldan qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O soruşur:– Eto çto za instrument?

1 min
İş məhkəməlik olacaq

Son zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara "işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib həmən adamları axtarırlar...

1 min

Poems by other poets · Homeland