Təbriklər
Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.
Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-tebrikler
Use ← → keys to move, R for a random poem
More by this author
Yüksələn alçaqların yüksəlməsi nöqsan deyil,Xisləti alçaq olan, alçaqlığa peşman deyil.
Gəz istiqamətindəTutub yolun hər insan – öz istiqamətində,Həris dolayı, məzlum – düz istiqamətində.
Qır qazanındaBir gün yanacaqsan fələyin «qır qazanında»,Heç çıxmayacaq zərrəcə cınqır, qazanında.
Olub arvad bu ki?!Qalıb işsiz bu kişi, hər gün işi dad bu ki,İşinə yad düzəlib, öz işinə yad bu ki.