Olub arvad bu ki?!
Qalıb işsiz bu kişi, hər gün işi dad bu ki,İşinə yad düzəlib, öz işinə yad bu ki.
Bu kişi Xan kişi idi, tanıyırdım mən onu,İtirib iksini də lap olub arvad bu ki.
Qurtuluşdan sonra qurtuldu həyatdan çoxusu,Niyə şad olmadı millət, əcəb imdad bu ki?
Bakıya qaçdı atın üstə Məlikməmməd tək,Mülki–Məmməd kimi indi çıxarıb ad bu ki.
Aparıb başımı boş-boş danışıqlarla mənim,Ay aman getdi başım, sən demə, cəllad bu ki.
Necə rüşvətxora qıysın, ona qaldırsın əlin?Bakıda rüşvətə qoymuş özü bünyad bu ki.
Baba Pünhan Dədə Qorquda həmyaş dedilər,Yaşı qırx doqquz olub, surəti həştad bu ki.
30 iyun 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-olub-arvad-bu-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Çərxi-fələk çəkir sola təmirə ehtiyacı var,Çərxin oxunda qalmağın təkbirə ehtiyacı var.
Misli yoxdur təkliyinSən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.
Sənə sənsizmi deyim?Sənə mən siz deyərəmsə, özümə bizmi deyim,O böyük tanrıya sən, bəndəsinə sizmi deyim?
Gözlərinə nəm tökülübBu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Poems by other poets · Homeland
Hanı Ağbabanın uca dağları,Bir başımdan qalxan dumana bax – bax!
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.