Üzdə «şram» gözlənilir
Zaman ötdükcə halaldan da haram gözlənilir,Belə minval ilə bir dambadaram gözlənilir.
Milli Məclisdə sözün qiyməti batman görünür,Elə ki, sözdən əməl doğdu, qram gözlənilir.
Nə qurub erməni NATO-da yenə, yoxdu bilən,Qoşunun sürsə bura, özgə dram gözlənilir.
«Ana» torpağı satıb, budasa torpaq alana,Sarayı xırda gəlir, indi xram gözlənilir.
Tutumun yarpağı səbr ilə ipək olmadı heç,Səbr ilə halva olan, abi-qoram gözlənilir.
Qəzetin qiyməti mindir, sözümün qiyməti heç,Belə söz var ki, yaxınlarda param gözlənilir.
Səni, Pünhan, tutacaqlar, bunu çoxdan bilirəm,«Yazacaqlar» üzünü, üzdə şram gözlənilir.
18 mart 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-uzde-sram-gozlenilir
Use ← → keys to move, R for a random poem
More by this author
Bir zamanlar biz əsiri-eşqi-Məcnun olmuşuq,İndisə bir fahişə mislində məlun olmuşuq.
Hinger Hayıstan güdürükGüdürük, can güdənik canı qoyub can güdürük,Özümüzkün havayı, özgəni pulnan güdürük.
Zəhləm özümdən gedirDiş tökülür, bel sınır, nur gözümdən gedir,İt gününə düşmüşəm, zəhləm özümnən gedir.
Qafiyəsin tanımadı?!Döndü zaman tərsinə, it yiyəsin tanımadı,Baxdı fələk qurduğu, layihəsin tanımadı.