Qafiyəsin tanımadı?!
Döndü zaman tərsinə, it yiyəsin tanımadı,Baxdı fələk qurduğu, layihəsin tanımadı.
Oyna, toyundur toyun, işimiz oyundur oyun,Parka girəndən qoyun, öz pəyəsin tanımadı.
Sildi üzündən üzün, xəlqə tanıtdı özün,Heyf ki, yaltaq düzün, qafiyəsin tanımadı.
Milləti soydu getdi, əl yeri qoydu getdi,Soy adı «soy»du getdi, şaiyəsin tanımadı.
Pünhana bax el kimi, gözdə yaşı sel kimi,Keçdi zaman yel kimi saniyəsin tanımadı.
23 aprel 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-qafiyesin-tanimadi
Use ← → keys to move, R for a random poem
More by this author
Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
Dəyişsək, əgər ünvanımızıDeyirəm ya soyunub göstərək üryanımızı,Ya da ki, dar geyinib pırtdadaq hər yanımızı.
Bilmədim sən bilmisənMən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.
Evdə oğlan qalmışıqBiz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.