Biz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.

Bizdən övlad gözləyir illərdir ağbirçək ana,Bizsə pulsuzluq üzündən evdə oğlan qalmışıq.

Kəndimizdən ta bizi düşmən didərgin eyləyib,Özgələr kəndində fürsətlər tapıb xan qalmışıq.

Çox adam gördüm özüyçün sağ ikən gor tikdirib,Bizsə iynəynən qazıb kor ömrə peşman qalmışıq.

Ta otuz min erməniynən qaynayıb dost olmuşuq,Bax həmən gündən elə dost ilə düşman qalmışıq.

Biz atılmış bir təqaüd əhliyik, yol üstəyik,Bir kəfən nəymiş ki, ondan ötrü yoldan qalmışıq.

Görməyincə haqqı, Pünhan, qıymasa Allah bizə,Haqq enən günçün demək, biz haqqa qurban qalmışıq.

2 yanvar, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love