Şeyx Şamil
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,Verməz haqqı nahaqqa çün iqrari-iman elədi,Fəth xəndəyin üstündə halını bəyan elədi,Min beş yüz kafir qırıb cəhimə idxal elədi
Nasiri-islam onun qılıncın kəskin eyləsin,Kafirində həşəmin məhv, münhəzim eyləsin,Nüsrətəngiz buyumuş kafirə qalib eyləsin,Qəzavəti-Bədr kimi kəşfi-Dağıstan eyləsin,Qadir Allahımız bizim mənsur müzəffər eyləsin,Şiri-yəzdan hünərin guya məlum eyləsin
Əl götürüb sidqi-dildən Şamilə dua eyləyin,Mürşidi-kamil olur cahan fəramuş eyləyin,Aşiqi-sadiq olur eşq meyin nuş eyləyin,Aqibəti-xeyr gəlir kafir dinin puç eyləyin,Dinin yıxıb kafirin məğmum eyləyin,Gəlib Şamil şanına şanını bəyan eyləyin
Qadir Allah yet dadına, gəldi Dərbənd üstünə,İnşallah hifzindədir sonra Quba üstünə,Eli soyu Qarabağda cari durmaz qəsdinə,Qubadan keçər gələr Şirvan, Gəncə üstünə,Şəkinin mahallarını təmamən alır dəstinə,Yəni təsxir edib hökmü Süleyman elədi
Osman ey Biçarə, sən laf etmə, gəl ək başkı,Eşidib ey din düşməni, yaman yürzlər çəkgi,Qandalaq ey əllərinə, zindana qoyarlar qəçgi,Pəh pəh bir söz ha deyil, Mövlaya tapşır işgi,Qəzavatı kafir içində şəhid elə başkı,Görən desin Şamil yoluna canını qurban elədi
Kitabxana.az · https://kitabxana.az/en/works/sekili-osman-bicare-seyx-samil