Gündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.Açılsın gədiklər, görünsün yollar,Sakit edin bir tufanı siz indi.

Yandırmayın bu boranın oduna,Yetən yoxdur fəryadına, dadına.And verirəm bir Allahın adınaEləməyin nahaq qanı siz indi.

Həmişə dilimdə eylərəm əzbər,Tufanda, boranda sənsən irəhbər.Yetiş dadımıza, Xızır peyğəmbər,Ol Musanın pasibanı siz indi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love