Baharın gülşən çağındaNə oxursan, sona Kəklik!Avazın gəldi xoşuma,Yaşayasan sən, a Kəklik!

Kəklik məskən salıb daşa,Sürmə çəkib gözə, qaşa.Bu dövranın yetməz başa,Ovçu gəldi, sin, a Kəklik!

Musa söz deyər bəsinən,Kəklik ötür həvəsinən.Elə oxudun səsinən,Cuşa gəldi sinə, Kəklik!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring