Əya gül yüzlü, çöhrən ayə bənzər!Boyun bir sərvi-xoşbalayə bənzər!

Xədəngi-can fədadır qəmzən ey dust,Qaşın üstə qurulmuş yayə bənzər.

Cahanda bülbül olsam mən əcəbmi?Sənin yüzün güli-həmrayə bənzər!

Məlayik, hurinin gər hüsni xubdur,Yüzün andan dəxi zibayə bənzər.

Süfatın oxusa gülşəndə mütrib,Könül fəryadı cəngü nayə bənzər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai, dilbərindir huri-rizvan,Otağı cənnətül-məvayə bənzər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring