Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd!
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd!Ərzi-halım sən bilirsən dinü imanım, mədəd!
Şərmisarəm, pürgünahəm sən bağışla, ya kərim,Cümlələrni yarlığayın kamil ehsanım, mədəd!
Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib,Ey həqiqət aləmində incə ərkanım, mədəd!
Bu əlimdir daməniniz ya Əli yül-Mürtəza,Buyi-vəslindir sənin hər dərdə dərmanım, mədəd!
Hər yana əzm eylər olsan sureyi-Fəth oldu fəth,Açılar bağlı qapı dövlətli dərbanım, mədəd!
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətainin günahın sən gətirmə yüzinə,Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanim, mədəd!
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-erze-yazdim-men-sene-ey-sah-xubanim-meded
Use ← → keys to move, R for a random poem
More by this author
Sənsən həmişə surəti mənidə şahımız,Ruzi-əzəldə həzrətin oldu pənahimiz.
Sənsizin könlüm şəha, bir külbeyi-viranədirSənsizin könlüm şəha, bir külbeyi-viranədir,Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Ta mənim könlümdə, cana, həsrəti-cananədiTa mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.