Sənsizin könlüm şəha, bir külbeyi-viranədir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sənsizin könlüm şəha, bir külbeyi-viranədir,Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Canə-can etdim yəqin, eylə əzəldən həq bilür,Canımın, canı mənim, şol dilbəri-cananədir.
Getdi ömrüm hiç dinlənmən vüsalindən anın,Şol məhi-namehribanın meyli çün hicranədir.
Hər gecə ta sübh hüsnün şəminə pərvanə tək,Cümlə aləmlər fəğanimdən tutuşub yanədir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, sən yəqin bil kim bu fani dünyada,Bivəfalərdən məhəbbət istəyən divanədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-sensizin-konlum-seha-bir-kulbeyi-viranedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.