İstərlər
Sərsəri, girmə meydana,Aşiq, səndən yol istərlər.Qəllaş ilə oturmadanİman əhli pul istərlər.
Bu yola girən oturmaz,Haqq sözə hiylə qatılmaz,Bunda heç hiylə satılmaz,Gövhərindən qul istərlər.
Bir qılı min para edər,Bu yolu ixtiyar edər,Şahım bir yol qurmuş gedər,Yol içində yol istərlər.
Şah Xətayi der: – Neylərsən?Hər müşkülü həll eylərsən.Arısan, çiçək iylərsən,Yarın səndən gül istərlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-isterler
Use ← → keys to move, R for a random poem
More by this author
Ey həq əhli, sən sənin cismində beytullahi gör,Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədirEy ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir,Ol səbəbdən aşiqin daim yeri meyxanədir.
Ey könül, hər mənisiz cahili yar etmək nədir?Ey könül, hər mənisiz cahili yar etmək nədir?Mənisiz cahil sözünə etibar etmək nədir?
Ey könül, hərcai yari ixtiyar etmək nədir?Ey könül, hərcai yari ixtiyar etmək nədir?Yari-hərcai sözünə etibar etmək nədir?
Poems by other poets · Love
هر کجا یابی نشانی هستی ما را بسوز
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin