Ey könül, hər mənisiz cahili yar etmək nədir?
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey könül, hər mənisiz cahili yar etmək nədir?Mənisiz cahil sözünə etibar etmək nədir?
Çün onun qövli xətadır, həm qərarı bivəfa,Ey könül, naəhl ilə qövlü qərar etmək nədir?
Əhli-həqqə can fəda qıl, cəhl ilə olma rəfiq,Çün ənadil var ikən zaği şikar etmək nədir?
Xanda kim, hər əhli-ürfan görsən olgil xaki-pa,Ey könül, naəhl olub andan kənar etmək nədir?
Bir neçə gün yar olub, bir kimsənin halın duyub,Sonra anın gizli sirrin aşikar etmək nədir?
Hər kim öz eybi ilə sübhaninə dutmuş yüzün,Kimsənin eybin açıban şərməsar etmək nədir?
Ey Xətai, qıl fəda canın vəfalı yar üçün,Hər vəfasız, bivəfa kimsəni yar etmək nədir?
Ey sənin yüzinə baxdıq, qutlu oldu mahimiz,Nə əcəb surət yaratdı sünilə allahimiz.
Çün irişdim yüzinə, buldum siratəlmüstəqim,Abi-heyvanə irişdi, vardığınca rahimiz.
Dün sağınur kim ki, görsə zülfinin şəbrəngini,Kim qarayə boyayıbdır anu dudi-ahimiz.
Xızri-cavidan əlindən içmişüz abi-həyat,İsayi-Məryəm qatında qurmuşuz xərgahimiz.
Kəbəyi-vəslinə verdim canımı qurban, dedim,Hacı oldum, qan tökərəm, xanı qurbangahimiz?
Qaşların taqini gördüm, qibləgahım eylədim,Çün əyağın torpağında oldu mənzilgahimiz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai, Kəbəyi-eşqinə ehram bağladı,Ol saatda ərşə çıxdı zikri illəllahimiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-ey-konul-her-menisiz-cahili-yar-etmek-nedir
Use ← → keys to move, R for a random poem
More by this author
Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idimYer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Zərreyi-mehrində daim, ey cəmali-afitabZərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.
Bu gün ələ almaz oldum mən sazımBu gün ələ almaz oldum mən sazım,Ərşə dirək-dirək çıxar avazım,