Yarı gördüm bu gün xəndan oturmuş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.
Yüzünə qarşı ğönçə güldügiçün,Səhər ağzına çalmış qan oturmuş.
Səninlə hüsn içində bəhs edənlər,Necə peşman olub, heyran oturmuş.
Sənin sibi-zənəxdanına, ey dust,Nə həddim var desəm, dəndan oturmuş.
Dodağın çevrəsində qoşa xallar,İki zəngi ona dərban oturmuş.
Sənin Leyli cəmalın görmək üçün,Yolunda Məcnuni-heyran oturmuş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Xətaiyə nəzər qıl çeşmin ilən,Qapunda sübhi-şam giryan oturmuş.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-yari-gordum-bu-gun-xendan-oturmus
Use ← → keys to move, R for a random poem
More by this author
Məclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.
Mənəm bir tən və leykin can onundurMənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Mənim yolumda yektalər gərəkdirMənim yolumda yektalər gərəkdir,Dini, imanı yəğmalar gərəkdir.
Poems by other poets
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,