Mənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.

Əlindən ixtiyarın getsə getsin,Əlimə ixtiyarım gəldi xoşdur.

Sən ol səhrada çün quli-biyaban,Çəməndə gülüzarım gəldi xoşdur.

Öl imdi, qış günü, sərma əlindən,Mənim tazə baharım gəldi xoşdur.

Qəm ilən intizar içində sən öl,Həmişə intizarım gəldi xoşdur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai, şükr qıl allaha daim,Gedən səbrü qərarım gəldi xoşdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love