Mənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.

Təbibimdir mənim, ruhum, rəvanım,Zəifəm, xəstəyəm, dərman onundur.

Eşigində onun mən bir gədayəm,Nə kim, lütf eyləsə ehsan onundur.

Səadət bürcünün dilxahi oldur,Yer ilə göyü həm Keyvan onundur.

Ləbin yanında xəttin Xızrə bənzər,Kənari-çeşmeyi-heyvan onundur.

Səri-zülfi-ləbi-ləlini gördüm,Təmami Türk, Hindistan onundur.

Səni sevmən deyənlər kafər oldu,Yüzünü kim sevər iman onundur.

Məgər məşşatə zülfin şanə qılmış,Bu könlün nikhəti-reyhan onundur.

Xətavü Misr ilən Çinü Xorasan,Əraqü Fars həm Kirman onundur.

Başın top edə gər canan yolunda,Çalınsın top çün çövkan onundur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai, can fəda şol yarə qıl ki,Cəhanü cümlə cismü can onundur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love