Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.

Leyli cəmalından cüda Məcnun kimi sərkəştəyəm,Fərhad var istər könül Şirin dodağından şəfa.

Cami-müsəffadən mana saqi içirdi bir qədəh,Sufi nə bilsin mən ol camdan necə buldum səfa.

Hər kim ki, tovhid əhlidir, ol didü vadid əhlidir.Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.

Mən cahilü nadaniyəm, ol hüsniçün heyraniyəm,Ta gəncikən pünhan idim, şimdi gözümdən zahira.

Eynülyəqin həqq sirrinə idrak edən insan idim,Ey mərifətdən bixəbər, insafə gəlgil bihəya.

Maqta — the closing couplet bearing the poet’s pen name. Canü cəhani siz sizin neylər Xətai xəstədil,Səndən müdam ehsan dilər, çünki gədadır binəva.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice