Vücudini bu könlüm can demişdir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vücudini bu könlüm can demişdir,Ləbini ləl ilə mərcan demişdir.
Saçın rəngin şəbi-qədr oxuyanlarYüzün nurin məhi-taban demişdir.
Bu könlüm eşqini, ey qəmgüsarım,Vücudim şəhrinə sultan demişdir.
İki gözüm yaşı hər dəm yüziməBirin Nilü birin Ümman demişdir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Əyağın tozinə, ey nuri-rəhman,Xətai canını qurban demişdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-vucudini-bu-konlum-can-demisdir
Use ← → keys to move, R for a random poem
More by this author
Bu aləm hüsninə heyrandır, ey dust!Sana bu qönçə ləb xəndandır, ey dust!
Bu gün mən munda, yarım anda neylərBu gün mən munda, yarım anda neylər,Yüzü şölə nigarım onda neylər?
Bu könlüm şad olur qəmdən, rüxu çün laləgün görgəcBu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc,Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
Bu mənim cismimdəki zəhmətlərim ol can bilürBu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.