Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc,Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.

Əgər ah eyləsəm topraq olur dərləhzə ahimdən,Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc.

Onunçün əyləməz ahi bu canım rəhgüzarında,Həramilər çaparlar karivani çün tütün görgəc.

Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan,Fələk ovcində xyrşidi həyadan sərnigun görgəc.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai, rəsm beylə eyləyibdir etiraz ilə,Həzaran naz edər xublar ki, aşiqni zəbun görgəc.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets