Xaki-payin, dilbəra, bir tac dövlətdir mana,Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.

Çün qəmi-eşqində ölməkdir, həyati-cavidan,Həq bilür ölmək deyil, ol eyni-rahətdir mana.

Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa,Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.

Gərçi məndən dərhicab olursan, ey arami-can,Yüzünü göstərdiyin eyni-inayətdir mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Düşdə gördi dün Xətai, yar olubdur həmdəmi,Ya düşümdür, ya xəyalım bu nə halətdir mana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love