Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.

Çün sənin hüsnün misali-Yusifi-Kənandir,Yüzini hər kim ki, görməz yoxdurur iman ona.

Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim,Öylə yanmışdır bu bağrım yoxdurur dərman ona.

Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman,Qanlı yaşımdan tökər hərdəm gözüm baran ona.

Maqta — the closing couplet bearing the poet’s pen name. Zülməti-zülfində könlü bu Xətai xəstənin,Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ona.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love