Dilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.

Şol münəvvər çöhrənin qatində kəmtər zərrədir,Gərçi xurşidin məqami asiman üstündədir.

Eşqinə seyd olalı hər dəm bu canım qəsdinə,Qaşü gözün dilbəra, tirü kəman üstündədir.

Gərçi derlər mahi-taban nur alur xurşiddən,Nuri-hüsnin afitabi kün-fəkan üstündədir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dövləti-vəslin dilər miskin Xətai hər zaman,Xaki-payintək məqami asitan üstündədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love