Dilbəra, eşqin sənin cismimdə canım canıdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
Firqətin dövründə dilbər, xəstə canım oldu zar.Şərbəti-ləli-ləbin bu dərdimin dərmanıdır.
Mehrü qəhrindən anın, aşüftə könlüm, ğəm yemə,Kim, mana cövrü cəfası lütfilə ehsanıdır.
Zahida, vermə nəsihət eşqi tərk etgil, deyüAşiqin allah bilir kim, sevgisi rəhmanıdır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, cövrü qəhrindən cahanın incimə,Hər nə kim bəndə yoluna gəlsə həq fərmanıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dilbera-esqin-senin-cismimde-canim-canidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.
پیشم نشسته بود و مدارش به ناز بودتا بود کار بندهٔ او هم نیاز بود
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.