Dilbəra, eşqin tənimdə sevgili candır mana,Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana.

Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam,Heç əlac etmən tələb, neyçün ki, dərmandır mana.

Asitanın xakini vermən cəmii-aləmə,Hər ayağın torpağı mülki-Süleymandır mana.

Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah,Zikri-eşqin dildə daim, virdi-Qurandır mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, xubların cövri vəfadır aşiqə,Firqəti, hicri nigarın lütfü ehsandır mana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love