Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.

Yazmağa həqdən kəlamüllahi-natiq şərhini,Kim bəyani-elm ilən Quranə gəlmişlərdənüz.

Kainati-surəti-Rəhmani təfsir etməyə,Ruhi-qüdsi surəti-Rəhmanə gəlmişlərdənüz,

Bir müənbər türrənin küfrinə "amənna" döyüb,Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz.

Saqiyi-baqi əlində məst olub içməkdəyüz,Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.

Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün,Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, eydi-əkbərdir, cəmali dilbərin,Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love