Bir pəri heyraniyəm, bilmən məkani xandadır?Kimsə bilməz dünyada namü nişani xandadır?

"Xubları sevmə" deyib, tən etmə, ey naseh, mana,Çünki bilməzsən məqami cavidani xandadır.

Gəldi "sübhan-əlləzi əsra beəbdeh" şəninə,Lövhi-məhfuz üstə ol hüsnin bəyani xandadır?

Dün dedim, bir busə ver, der: can verüb almaq gərək,Bu məkan içrə mətai-rayikani xandadır?

Mən dedim: yüzünü göstər, dedi: "taqət yox sana",Bu sualinə cavabi - "ləntərani" xandadır?

Ta vüsalından cüda düşdüm, həyatım qalmadı,Dünyəvü üqbadə sənsiz zindəgani xandadır?

Maqta — the closing couplet bearing the poet’s pen name. Qanda kim, yatım cahanda uyğu gəlməz çeşmimə,Bu Xətai yatmağa, yar asitani xandadır?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets