Hər kimə kim, səncəliyən bir pərivəş yar ola
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.
Başinə hər kimsənin düşsə saçın sevdaləri,Tərk edüb dünyanı ömründən dəxi bizar ola.
Sən təki aləmdə olmaz, gər olarsa dilbəra,Bu gözü cadusifət, həm qaşları məkkar ola.
Dərdü ğəm gəldikcə səndən, şad olurmən dilbəra,Görüm onları mənim könlümdə bərxurdar ola.
Qıla dönmüşdür vücudim, möhnəti-cövrin çəkə,Sağ gəzən düşmənlərin bu bəndə tək bimar ola.
Həmdəmin daim rəqib olmuşdur ey, gül yüzlü yar,Xanda bir gül bitsə, lazımdır yanında xar ola.
Eşqinə hər kim giriftar oldu, ey kafər necə,Şeyx Sənan tək belinə bağlayan zünnar ola.
Vəsl ilən şad eylə qurtar, dərdü ğəmlərdən məni,Dərdi-hicranın çəkən ki, bu dili-əfkar ola.
Maqta — the closing couplet bearing the poet’s pen name. Varmıdır bir kimsə, yarəb, əhli-üşşaq içrə yar.Bu Xətai xəstədiltək aşiqi-didar ola?!
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-her-kime-kim-senceliyen-bir-perives-yar-ola
Use ← → keys to move, R for a random poem
More by this author
Daneyi-xalin görəndə mürği-dil pərvaz edər,Qeyb ikən ol dəmdə əsrari-məani baz edər.
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidirDilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.
Dilbarə, canımda dərdin bir dəva nisbətlidirDilbəra, canımda dərdin bir dəva nisbətlidir,Hər cəfa gəlsə mənə səndən, vəfa nisbətlidir.
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yoxDilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Poems by other poets · Love
به شوخی میبرند از من سیهچشمان شیرازی
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Şeir məftunuPürhəvəs şerə mübtəla bir qız,Nura aşiq sevimli bir yıldız.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.