Hər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.

İsbat qılmışam rüxi-zərdü əşki-sürximi,Də’viyi-eşqə böylə güvahim yetər mana.

Aləm xəlayiqi mənə cümlə həsud ola,Ol asitanın iti pənahim yetər mana.

Zahid, ögünmə, taleyi, sə’dəm deyib yügüş,Sən var işinə, bəxti-siyahim yetər mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,Cümlə xətadə lütfi-ilahim yetər mana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate