Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,Nə mürüvvətdir illər ilən,Sitəm üstün sitəm çəksin.

Olmuşam mən binəva,Dərdi-hicrana mübtəla,Yarəb nolur kilki-qəza,Bu yazıya qələm çəksin.

Çünki ayrıldım canandan,Mən keçmişəm belə candan,Könül məlkinə hər yandan,Ləşkəri-qəm ələm çəksin.

Yar niqabın salur yana,Şövqi düşsün bu cahana,Deyək xurşidi-tabana,Bu aradan qədəm çəksin.

Mənim bəxtim tək siyahı,Bu Acizə dərd-ü-ahı,Kim görüb, hanı gəvahı,Fələk qoymadı kəm çəksin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate