Xalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,O gözlərlə alan könlü,Rəhzən müştəri gördüm.

Bir mələkdir enib yerə,Bənzəməz hərgiz bəşərə,Pəri göründü nəzərə,Ol mələk mənzəri gördüm.

Nə Şamda var, nə Hələbdə,Nə əcəmdə, nə ərəbdə,Müxtəsər zülməti-şəbdə,Xurşidi-ənvəri gördüm.

Demə o sərvi-qaməti,Qiyamidir əlaməti,Qiyamində qiyaməti,Şurişi-məhşəri gördüm.

Ox kirpiyin zülfi-pərçin,Acizin qanilə rəngin,Həm bir alıcı laçın,Həm bir kəpək-dəri gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets